QARABAĞ

21 Dekabr

"Böyük Qayıdış" layihəsi çərçivəsində AzQAC-ın 3 şəhərdə ofis inşa etməsi gözlənilir

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilən ərazilərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQac) ofisləri inşa ediləcək.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev qurumun növbədənkənar XXVI Baş Məclisində çıxışı zamanı deyib.

Onun sözlərinə  görə, "Böyük Qayıdış" layihəsi çərçivəsində AzQAC-ın 3 şəhərdə ofis inşa etməsi gözlənilir:

C.Mirzəyev anti-terror tədbirlərindən sonra AzQAC-ın humanitar siyasətin parçası olaraq, Qarabağ İqtisadi rayonunda yaşayan əhaliyə yardımın edilməsi məsələsini də xüsusilə qeyd edib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilir. Tədbirdə 400 nəfərə yaxın qonaq iştirak edir.

Fuad Mədətov
Fins.az