İndiyə qədər dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpasına 7 mlrd. dollardan çox vəsait ayrılıb.
Fins.az xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, son üç ildə ölkəmizin sərmayə resursları Böyük qayıdışın təmin edilməsinə, işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlib:
"Qarabağın bərpası üzrə Türkiyə şirkətləri bağlanan müqavilələrin dəyəri 3,4 mlrd. dollardan çox olub".
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Türkiyə Respublikasının Cumhurbaşkanlığı Maliyyə İdarəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi - TÜİB-in təşkilatçılığı ilə Azərbaycan – Türkiyə İnvestisiya Forumunun keçirilir.
Forum iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat, o cümlədən dövlət rəsmilərinin, xarici dövlətlərin, beynəlxalq təşkilatların, yerli və xarici şirkətlərin nümayəndələrinin iştirakı və çıxışları ilə davam edəcəkdir.
Vüqar Bağırov
Fins.az