QARABAĞ

20 Dekabr

Azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb

Azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. Hər məntəqəyə orta hesabla təxminən 800-900 seçici düşür.

Fins.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb:

“Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə orta hesabla təxminən 800-900 seçici düşür. Bu kifayət qədər yaxşı rəqəmdir”.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Fuad Mədətov
Fins.az