Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində xüsusi radiorabitə şəbəkəsinin genişləndirilməsi işləri davam etdirilir.
Fins.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbərinə görə, cari ilin ötən dövrü ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində xüsusi radiorabitə şəbəkəsinin genişləndirilməsi məqsədilə müvəqqəti istifadəyə verilmiş 11 baza stansiyasının tam əsaslı təmiri və qurulması işləri başa çatdırılıb.
Digər sahələrdə işlər paralel olaraq və mərhələli şəkildə davam etdirilir.
Fuad Mədətov
Fins.az