QARABAĞ

12 Dekabr

Horadiz-Ağbənd layihəsinin tam yekunlaşdırılması 2025-ci ildə nəzərdə tutulur

Horadiz-Ağbənd layihəsinin 45 faizi yerinə yetirilib və layihənin tam yekunlaşdırılması 2025-ci ildə nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda işlər sürətlə davam etdirilir və 73-cü km-ə qədər dəmir yolu xətti çəkilib, birinci tunelin qazıntı işləri həyata keçirilir.

Fuad Mədətov
Fins.az