QARABAĞ

12 Dekabr

Ağdamda 5 məhəllənin inşası nəzərdə tutulur

Gələn ildən işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi intensivləşəcək.

Fins.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

E.Hüseynov qeyd edib ki, Qarabağda böyük bərpa-quruculuq işləri görülür və bundan başqa artıq 3 mindən çox keçmiş məcburi köçkünümüzün ailələri öz doğma torpaqlarına qayıdıb:

"34 min 500 ailədən 16 min ailə Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə tutulur. Ağdam şəhərində 20 min nəfərin məskunlaşması nəzərdə tutulub. Bununla bağlı artıq şəhərdə layihələndirmə işləri yekunlaşmaq üzrədir və tikinti işləri başlayıb. Şəhərdə 5 məhəllənin inşası nəzərdə tutulur".

O, bildirib ki, Ağdam şəhərindən başqa, 12 kəndinin, eyni zamanda, Füzuli şəhəri və 10 kəndinin bərpa olunub, 2026-cı ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulub. Füzuliyə köçən vətəndaşlarla bağlı mütəmadi iş aparılır.

Fuad Mədətov
Fins.az