QARABAĞ

11 Dekabr

Azad olunmuş ərazilərdə bərpası və yenidən qurulması nəzərdə tutulan yolun 185,5 km-də işlər başa çatıb

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ilkin mərhələdə bərpası və yenidən qurulması nəzərdə tutulan 2 453,9 km avtomobil yolunun 185,5 km-də işlər artıq başa çatıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Fins.az-a verilən məlumata görə, bu işlər ölkə prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.

Fuad Mədətov
Fins.az