QARABAĞ

11 Dekabr

Azad olunan ərazilərdə “Zəfəroğlu Elektrik” MMC-nin mağazasının açılışı gözlənilir

Biz işğaldan azad olunan ərazilərlə bağlı LED lampa fabrikimiz tərəfindən maraqlıyıq ki, orada yeni istehsal olunmuş məhsullarımızın satışını həyata keçirdək.

Bunu Fins.az-a müsahibəsində “Zəfəroğlu” şirkətinin təsisçisi, “Gəncə İş Adamları İctimai Birliyi”nin sədri və Azərbaycan-Qırğızıstan Ticarət Evinin (AQTE) rəhbəri Zəfər Məmmədov deyib.

Z.Məmmədovun sözlərinə görə, yaxın zamanlarda azad olunan ərazilərdə bir mağazanın faəliyyətə başlamasıyla bağlı təklif olunub və gələn il ərzində gözlənilir ki, orada “Zəfəroğlu Elektrik” MMC ilə bağlı mağazanın açılışı olsun.

O, qeyd edib ki. paralel olaraq inşaat və digər müəssisələrin də yavaş-yavaş həmin ərazilərdə fəaliyyətinə başlanılacaqdır.

Fuad Mədətov
Fins.az