2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 989 yeni iş yeri açılıb.
Fins.az-ın Dövlət Statistika Komitəsinə hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 79.2% artıb. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda 552 yeni iş yeri yaradılıb.
Qeyd edək ki, cari ilin ilk 9 ayı ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 515, Şuşada isə 262 yeni iş yeri açılıb.
Fuad Mədətov
Fins.az