QARABAĞ

28 Noyabr

Qarabağda ümumilikdə 8 peşə liseyi tikiləcək

Qarabağda ümumilikdə 8 peşə liseyi tikiləcək.

Fins.az xəbər verir ki, bu barədə Peşə təhsili üzrə Dövlət Agentliyinin Ceyhun Kərəmov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda Füzulidə peşə liseyinin təməli qurulub və yanaşma ondan ibarətdir ki, Azərbaycanı əhatə edək:

“Peşə təhsili iqtisadiyyata xidmət edir. Müəssisə tikilərkən ilk növbədə həmin regionun iqtisadi ehtiyacları nəzərə alınır. Tikinti zamanı yataqxana nəzər alınır. Yeni tikililərin hər birində yataqxanaların olması planlaşdırılır”.

C.Kərəmov onu da vurğulayıb ki, növbəti ildə Bakı Dövlət Peşə Liseyinin yeni korpusu tikiləcək.

Fuad Mədətov
Fins.az