İşğaldan azad edilmiş ərazilərdə karbon neytrallığına nail olmaq bizim hədəflərimizdən biridir.
Fins.az xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda dəyirmi masada deyib.
O bildirib ki, ölkənin strateji sənədlərində və dövlət proqramlarında bu yer alıb.
Qeyd edək ki, bu gün Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında nazir müavini Umayra Tağıyevanın və ekspertlərin iştirakı ilə qlobal iqlim dəyişmələri mövzusunda dəyirmi masa keçirilib.
Fuad Mədətov
Fins.az