2023-cü ilin yanvar-sentyabr aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 870 milyon 593 min manat vəsait sərf edilib.
Fins.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2.1 dəfə və ya 2 milyard 41 milyon 758 min manat çoxdur. Belə ki, 2022-ci ilin ilk 9 ayında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 828 milyon 865 min manat vəsait yönəldilib.
Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Laçında 7.5 dəfə, Kəlbəcərdə 3.2 dəfə, Ağdamda 2.7 dəfə, Füzuli və Şuşada isə 2 dəfə artırılıb.
Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın ( 983 milyon 43 min manat), Kəlbəcər (650 milyon 370 min manat), və Füzuli (585 milyon 624 min manat) rayonlarına ayrılıb.
Fuad Mədətov
Fins.az
Azad edilmiş rayonlar | 2022-ci ilin ilk 9 ayı Min manat. | 2023-cü ilin ilk 9 ayı Min manat. |
Laçın | 130 681 | 983 043 |
Xocavənd | 131 339 | 87 304 |
Kəlbəcər | 201 541 | 650 370 |
Füzuli | 296 210 | 585 624 |
Zəngilan | 352 776 | 367 889 |
Ağdam | 128 459 | 341 420 |
Cəbrayıl | 326 598 | 334 275 |
Şuşa | 159 224 | 332 300 |
Qubadlı | 101 942 | 188 330 |
Xocalı | 95 | 38 |