QARABAĞ

21 Noyabr

SPECA ölkələri azad edilmiş ərazilərdə aktiv fəaliyyət göstərirlər

SPECA ölkələri azad edilmiş ərazilərdə aktiv fəaliyyət göstərirlər.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin (UN) Xüsusi Proqramının (SPECA) Həftəsi çərçivəsində “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda keçirilən iqtisadi forumda deyib.

"30 il Azərbaycan suverenliyinin pozulmasından əziyyət çəkib. Hazırda Azərbaycan azad edilmiş ərazilərə investisiya yatırır. Özbəkistan azad edilmiş ərazilərdə məktəb inşa edib və digər ölkələrin fəaliyyətini yüksək qiymətləndiririk" , - deyə nazir qeyd edib.

Qeyd edək ki, Bakıda "SPECA regionunun qlobal əhatəyə malik əlaqə mərkəzinə çevrilməsi" mövzusunda "SPECA 2023 İqtisadi Forumu" (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) öz işinə başlayıb.

Forum dialoqa dəstək, mövqelərin möhkəmlənməsi, ümumi çağırışlara qarşı həll axtarışları və onların reallaşdırılması üçün strategiya və planların hazırlanması məqsədilə Azərbaycanın və "SPECA"nın digər üzv ölkələrinin proqramın xidmətyönümlü, siyasət və əməkdaşlıq sahələrində məsələlərin koordinasiyası üçün çevik və strateji platforma qismində inkişafına yönəlmiş aktiv mövqeyinə əsaslanır.

Fuad Mədətov
Fins.az