Şərqi Zəngəzur iqtisadi rayonunda müvəqqəti olaraq xidməti istifadə üçün 3 şəhərcik salınacaq.
Fins.az xəbər verir ki, bu barə etender.gov.az-da məlumat verilib.
Məlumata görə, şəhərciklər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşəcək. Bu məqsədlə təxminən 4 milyon manat vəsait ayrılıb.