2023-cü ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 15495 ton ət, 107663 ton süd istehsal olunub.
Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5.6% və ya 825 ton, süd istehsalı isə 6.6% və ya 6698 ton artıb.
Qeyd edək ki, ən çox ət Kəlbəcər və ən çox süd isə Ağdam rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Kəlbəcərdə 4025 ton ət, Ağdamda isə 33692 ton isə süd istehsal olunub.
Azad edilmiş rayonlar | Ət istehsalı. ton | Süd istehsalı. ton |
Ağdam | 3910 | 33692 |
Füzuli | 2322 | 22489 |
Xocalı | 150 | 1176 |
Xocavənd | 768 | 2419 |
Şuşa | 276 | 1680 |
Cəbrayıl | 1683 | 7156 |
Kəlbəcər | 4025 | 19966 |
Qubadlı | 188 | 1070 |
Laçın | 2028 | 17578 |
Zəngilan | 145 | 437 |
Murad Abdullayev
Fins.az