QARABAĞ

22 Oktyabr

Azad edilmiş ərazilərin bərpasına 3,825 milyard manat vəsaitin ayrılacaq

İşğaldan azad edilmiş ərazilərin bərpası üçün 2024-cü ilin dövlət büdcəsindən ayrılan vəsaitin həcmi məlum olub.

Fins.az xəbər verir ki, dövlət büdcəsindən bu məqsədlər üçün 3 milyard 825 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Fuad Mədətov
Fins.az