QARABAĞ

22 Oktyabr

Suqovuşan İstirahət Parkı üçün 4 milyon manata yaxın vəsait ayrılıb

Suqovuşan İstirahət Parkı üçün ilkin olaraq 4 milyon manata yaxın vəsait ayrılıb.

Fins.az bildirir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

Bunun içərisinə layihələndirmə işləri də daxil olduğunu bdeyən A.Hüseynova bildirib ki, ikinci mərhələ üçün layihə-smeta sənədlərinin hazırlanması da bu işlər çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, oktyabrın 16-da Dövlət Turizm Agentliyi ölkənin 40-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni salınmış istirahət parkına mediatur təşkil edib.

Fuad Mədətov
Fins.az