Hazırda Tuğ, Daşaltı və Hadrutda turistlərin ilkin ehtiyaclarının ödənilməsi üçün yaradılacaq infrastrukturun layihə-smeta sənədləri hazırlanır.
Fins.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.
O bildirib ki, növbəti mərhələdə turizm üçün əlverişli olan digər ərazilərdə də bu işlərə başlanılacaq.
Qeyd edək ki, oktyabrın 16-da Dövlət Turizm Agentliyi ölkənin 40-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni salınmış istirahət parkına mediatur təşkil edib.