QARABAĞ

05 Oktyabr

Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatı XİN rəhbərlərinin iclası keçiriləcək

Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçiriləcək.

Fins.az xəbər verir ki, tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının XİN başçıları iştirak edəcək.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) -1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

Quruma üzv olan dövlətlər arasında Azərbaycan, Əfqanıstan, İran, Qazaxstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan mövcuddur.

Fuad Mədətov
Fins.az