Şuşada yamac paraşütündən (paraplan) uçuş həyata keçirilib.
Fins.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu məlumat yayıb.
Bildirilir ki, 2022-ci il Şuşa İli” çərçivəsində Şuşada son 30 ildə ilk dəfə yamac paraşütündən (paraplan) uçuş həyata keçirilib. Uçuş şəhərin ən yüksək nöqtələrindən biri sayılan Qızıl Qaya massivindən (Teleqüllə ərazisi) 1400 metr hündürlükdən yerinə yetirilib.