QARABAĞ

01 Aprel

Hikmət Hacıyev Ermənistanın verdiyi mina xəritələrindən DANIŞDI

“Biz Ermənistan Respublikasından mina xəritələrini almışıq, amma onların dəqiqlik səviyyəsi yalnız 25 faizdir”.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, işin sürəti minaların təmizləmə prosesindən asılıdır:

“Azərbaycan bu sahədə öz səylərini əsirgəmir. Bütün bu səylərdə Azərbaycan Hökumətinin prioritetləri arasında inteqrasiyanın yaxşılaşdırılması, mina tədbirləri və daha geniş inkişaf var. Biz müşahidə edirik ki, müharibə və postmüharibə dövrlərində minaların təmizlənməsi humanitar məqsədlərə xidmət edir”.

Onun sözlərinə görə, bir çox hallarda minatəmizlənmə prosesi geniş humanitar və inkişaf proseslərindən təcridolunmuş şəkildə həyata keçirilir:

“Kənd təsərrüfatı, şəhərlərin inkişafı, ətraf mühitin qorunması, səhiyyə, təhsil sahələrindən inteqrasiya, minaların təmizlənməsi olduqca vacibdir. Minaların təmizlənməsi daha bütöv şəkildə başa düşülməlidir və sülhün, inkişafın bərqərar olmasına töhfə verən məsələlərdən biridir”.