“Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsi (NCDR) Azərbaycanın azad olunmuş ərazilərində minatəmizləmə işlərinə dəstək verməyə, təcrübəsini bölüşməyə hazırdır”.
Bunu “Report”a NCDR əməkdaşı Camal Odibat bildirib.
“Biz Azərbaycanın azad olunmuş ərazilərindəki mövcud problemləri, o cümlədən minatəmizləmə məsələlərini yenicə tədqiq etməyə başlamışıq. Bu sahədə İordaniya ilə Azərbaycan arasında uzun illərdir əməkdaşlıq qurulub”, – deyə o qeyd edib.
Xatırladaq ki, 31 mart - 1 aprel tarixlərində Bakıda keçirilən “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” beynəlxalq konfransının iştirakçıları bu gün Ağdama gəliblər.