QARABAĞ

25 Mart

AYİB "Qaradağ" GES-nin inşasına 51 mln. dollar ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) BƏƏ-nin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) inkişafına, tikintisinə və sonrakı istismarına 51 mln. ABŞ dolları məbləğində uzunmüddətli üstün hüquqa malik kredit ayıracaq.

Hazırda konsepsiya yoxlamasından keçən və yekun yoxlamanı gözləyən kreditin təsdiqlənməsi aprelin 27-i gözlənilir. Ölkədə layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış "Masdar Azerbaijan Energy" MMC sözügedən layihədə borcalan qismində çıxış edəcək. BƏƏ-nin "Masdar" şirkəti isə layihənin sponsoru olacaq.

© apa