“Ötən il işğaldan azad olunan ərazilərdə 20 000 hektardan çox ərazi minalardan təmizlənib”.
Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov bildirib.
O qeyd edib ki, bu sahə hökumətin diqqətindədir və minaların təmizlənməsi ilə bağlı ölkəmizə yeni texnikalar gətiriləcək: “Bu il 40 min hektardan çox ərazinin minadan təmizlənməsi planlaşdırılır”.