QARABAĞ

09 Mart

Azad olunmuş ərazilərdə ən yüksək təbii radiasiya İstisuda müşahidə edilib

İşğaldan azad olunmuş minalardan təmizlənmiş əksər ərazilər üzrə radiasiya fonunun ölçülmələri nəticəsində ən yüksək təbii radiasiya fonu (50.4 mkR/saat) Kəlbəcər rayonunun İstisu qəsəbəsi ərazisində müşahidə olunub.

Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Ermənistan Respublikasından Zəngilan rayonunun ərazisinə daxil olan Oxçuçayda konsetrasiyanın Mn (manqan) elementi üzrə 1,7-1,8 dəfə, Al (alüminium) elementi üzrə 3,1-3,6 dəfə, Fe (dəmir) elementi üzrə 6,0-7,5 dəfə yol verilən həss qiymətlərindən yüksək olduğu müəyyən edilib.