Xocalının işğalı ilə bağlı ermənilər tərəfindən dövlətə və vətəndaşlara ilkin hesablamalara görə, 170 milyon ABŞ dollarından artıq məbləğdə ziyan vurulması müəyyən edilib.
Bunu Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, hazırda yerli və beynəlxalq mütəxəssislər tərəfindən dəymiş ziyan yerində hesablanır:
“Bu ziyanın ödənilməsi ilə bağlı bütün sənədlər hazırlanaraq beynəlxalq məhkəmələrə göndərilib. Bundan başqa, zərərçəkmiş şəxslər Ermənistana qarşı fərdi qaydada Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciətlər ediblər”.
© APA