Ötən gecə Daşkəsən rayonunun ərazisi düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulub.
Fins.az-ın məlumatına görə, nəticədə rayonun Təzəkənd kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Daşkəsən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Hüseyn Qasımov APA-ya bildirib ki, yanğın artıq söndürülüb.
O qeyd edib ki, yanğın baş verən yer dağlıq ərazi üçün texnikadan istifadə etmək mümkün olmayıb. Yanğın yalnız canlı qüvvənin köməkliyi ilə söndürülüb.
Meşənin qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, artıq bir neçə dəfədir Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində meşə sahələrində yanğın baş verib.