QARABAĞ

03 Noyabr

Azərbaycan Müdafiə Nazirliyi: “Erməni tərəfi yenə yalan məlumat yayır”

Bu gün səhər saatlarından guya Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Fins.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayımlayıb.
Məlumata görə növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır.