QARABAĞ

31 Oktyabr

Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab atəşi açılıb - RƏSMİ

Ermənistan müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb: "Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək".