“Ermənistan daim iddia edir ki, Azərbaycan tərəfdən döyüşlərdə xaricdən muzdlular iştirak edir”.
Fins.az-ın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.
Baş prokuror deyib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu, əsassızdır, Ermənistanın uğursuzluqlarını ört-basdır etmək məqsədi daşıyır: “Ermənistanın muzdlulardan istifadə etdiyi isə artıq təsdiqini tapıb və onların 6-sı barəsində beynəlxalq axtarış elan olunub, vətəndaşı olduqları dövlətlərlə əlaqə saxlanıb. Eyni zamanda muzdlu kimi döyüşlərdə iştirak edən Yunanıstan, Liviya, Suriya vətəndaşları barədə də araşdırmalar aparılır. İstintaqın nəticəsində onlar barədə cinayət işinin başlanıb-başlanmaması, barələrində axtarış elan olunub-olunmamasına dair qərar veriləcək”.
K. Əliyev qeyd edib ki, Hərbi Prokurorluq tərəfindən aparılan istintaqda muzdluların Ermənistan tərəfindən döyüşlərdə iştirak etməsi təsdiq olunur.