QARABAĞ

30 Oktyabr

Sentyabrın 27-dən erməni təxribatı nəticəsində Azərbaycanın ölən mülki vətəndaşlarından 1-i körpə, 10-u uşaq, 27-si qadındır

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının statistikası açıqlanıb.

Baş Prokurorluqdan  verilən xəbərə görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 1 körpə, 10 uşaq, 27 qadın, 53 kişi və 15 ahıl şəxs həlak olub.

14 körpə, 36 uşaq, 101 qadın, 249 kişi və 45 ahıl şəxs isə xəsarət alıb.