Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb.
Fins.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil.
Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.