QARABAĞ

09 Oktyabr

Kreml: Putin Əliyevi və Paşinyanı hərbi əməliyyatları dayandırmağa çağırıb

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqlarından sonra Rusiya prezidenti əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması çağırışı ilə tərəflərə müraciət edib”, - deyə məlumatda bildirilir.

Bundan başqa, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Rusiya XİN başçısının vasitəçiliyi ilə sözügedən məsələlərlə bağlı məsləhətləşmələrin aparılması üçün oktyabrın 9-da Moskvaya dəvət edilirlər