Ermənistan Xarici İşlər Nazirliyi “Novaya Gazeta”nın müxbiri İlya Azara Dağlıq Qarabağda işləmək üçün verilən jurnalist akkreditasiyasını ləğv edib.
Bu barədə rusiyalı jurnalist özünün “Facebook” hesabında məlumat verib.
Onun sözlərinə görə, bundan əvvəl verilmiş akkreditasiya kartı da geri alınıb və jurnalist fəaliyyəti qadağan edilib.
“Halbuki Xarici İşlər Nazirliyi tərəfindən rəsmi olaraq digər jurnalistlər kimi mənə xüsusi olaraq Qarabağda işləmək üçün akkreditasiya verilmişdi. İddialara görə, artıq proses zamanı (Mən Qarabağda olan zaman, hansı ki, “DQR” sərhədçiləri heç bir sorğu-sualsız buraxır) akkreditasiya proseduru dəyişdirilib, bu barədə mənə elektron poçtla bildirildi (!)”.
Qeyri-rəsmi (və əsas) səbəb, mənə izah etdikləri kimi, Şuşa və Laçından reportajım oldu. Hansı ki, Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, cəmiyyətdə mənfi rezonans (bu həqiqətdir) doğurdu”.
İlya Azar həmçinin bu məqalədə saxta faktların olmadığını vurğulayıb.