Yaxın Şərq ölkələri növbəti dörd il ərzində neft satışlarından əlavə 1,3 trilyon dollar əldə edəcəklər ki, bu da onların suveren sərvətlərini gücləndirəcək.
Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) məlumat yayıb.
İxracatçılar Ukraynadakı münaqişədən əvvəl proqnozlaşdırılanlarla müqayisədə 2026-cı ilə qədər 1,3 trilyon dollar əlavə gəlir əldə edəcəklər.
Əlavə edək ki, dünyanın ən böyük və ən fəal suveren fondları arasında Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dövlət fondları var.