MARKETİNQ

24 Aprel

"Apple" telefonlarının satışları azalıb

Qlobal texnologiya bazarı araşdırma firması Counterpoint-in məlumatına görə, Çinin smartfon satışları 2024-cü ilin birinci rübündə illik 1,5 faiz artaraq, illik artımın ardıcıl ikinci rübünü qeyd edir.

Fins.az xəbər verir ki, sözügedən dövrdə Apple-ın Çində smartfon satışları 19,1% azaldığı halda, Huawei-nin satışları 69,7% artıb.

Ötən ilin ilk rübündə 19,7 faiz olan Apple-ın ölkədəki bazar payı bu ilin eyni dövründə 15,7 faizə düşüb.

Bu dövrdə Huawei-nin bazar payı isə 9,3 faizdən 15,5 faizə yüksəlib.

Günel Məlikzadə
Fins.az