MARKETİNQ

19 Aprel

Xbox və PC birləşir?

Microsoft bir müddətdir ki, Xbox və PC arasında qarşılıqlı əlaqəni artırır. O, iki xidmətində oyunçu təcrübəsini Game Pass kimi proqramlarla birləşdirməyi hədəfləyir. Xbox CEO konsolun gələcəyi ilə bağlı əhəmiyyətli açıqlamalar verdi.

Fins.az xəbər verir ki, Xbox CEO-su Phil Spencerin son şərhləri Microsoft-un oyun ekosistemində yeni səhifə açmaq istədiyini göstərir. Windows PC oyunlarını Xbox platforması üçün xüsusi konsol ekosistemi ilə birləşdirmək üçün planlar tərtib edilmişdir.

Phil Spencer son müsahibəsində şirkətin Xbox platformasını Epic Games Store və Itch.io kimi rəqəmsal mağazalara rəqib olmaq üçün açmağı planlaşdırdığını söylədi. Bu addımla Microsoft, konsol və PC arasındakı maneələri aradan qaldırmağı hədəfləyir.

Mənbələrə görə, bunun mümkün olması üçün Microsoft investisiyalarını artırmalıdır. Məsələn, Xbox aparatının və proqram təminatının PC oyunlarını idarə edə bilməsi lazımdır. Şirkətin həmçinin Xbox və Windows arasında oyunları asanlaşdıran GameCore kimi alətlərə diqqət yetirəcəyi gözlənilir.

Microsoftun köhnə nəsillər üçün geriyə uyğunluq üzərində işlədiyi də bildirildi. Bu kontekstdə yeni komanda yaratmağı planlaşdıran şirkət, birtərəfli konsol yeniləməsi yerinə açıq platforma qəbul edəcək.

Qeyd edək ki, Microsoft-un rəqibi olan Steam Deck əl konsolu ilə bu sahədə rəqabəti artıracağı da gözlənilir. Şirkətin Xbox və Windows-un xüsusiyyətlərini ARM əsaslı portativ cihaza köçürmək istədiyi bildirilib.

Günel Məlikzadə
Fins.az