MARKETİNQ

16 Fevral

Google Parisdə süni intellekt tədqiqat mərkəzi açıb

Fransa mətbuatında yer alan xəbərlərə görə, Parisdə açılan araşdırma mərkəzində Youtube və Chrome-un xidmət inkişaf etdirmə qrupları da daxil olmaqla 300-dən çox mühəndis və tədqiqatçı çalışacaq.

Fins.az xəbər verir ki, Google-un baş direktoru Sundar Piçai süni intellekt üzərində işləyəcək mərkəzin açılışını edib.

Büdcəsinin 300 milyon avro olması planlaşdırılan mərkəz, daha əvvəl Facebook, Google və Apple kimi texnologiya şirkətlərində çalışmış tədqiqatçıların töhfələri ilə öz dil modellərini istehsal etməyi hədəfləyir.

Hazırda Fransada süni intellekt sahəsində araşdırma mərkəzləri olan texnologiya şirkətləri arasında Yaponiyada fəaliyyət göstərən Fujitsu, Koreyada yerləşən Samsung, ABŞ-da yerləşən IBM və sosial media platforması Facebook var. 

Günel Məlikzadə
Fins.az