MARKETİNQ

16 Fevral

ABŞ-ın Möhtəşəm 7-si üçün xəbərdarlıq

Deutsche Bankın dərc etdiyi hesabatda ABŞ-ın Möhtəşəm 7 adlanan 7 ən böyük şirkətinin bazar dəyəri baxımından böyüklüyünə diqqət çəkərək, bu şirkətlər qrupunun təsirlərinin hazırda makroiqtisadi səviyyəyə çatdığı ifadə edilib. 

Fins.az xəbər verir ki, bu il bazarda müşahidə edilən güclü performansın əksəriyyətinin bir neçə böyük səhmlə bağlı olduğu, bunun investorlar üçün xəbər olmadığı, lakin bu ağır çəkilərin SP 500 İndeksinə nə dərəcədə təsir etdiyi daha dərin bir araşdırmaya layiq olduğu ifadə edildi. .Hətta bu məqamda vəziyyətin makroiqtisadi fenomenə çevrilə biləcəyi vurğulanıb.

Möhtəşəm 7 adlanan Apple, Alphabet, Amazon.com, Meta Platforms, Microsoft, Nvidia və Tesla səhmləri 2023-cü ili güclü şəkildə başa vurduqdan sonra bu il SP 500-ü 5 faizdən çox artıran əsas qüvvə oldu. Xüsusilə süni intellekt sahəsində investorların çılğınlığı, çip istehsalçısı Nvidia və Meta kimi süni intellektlə sıx məşğul olan texnologiya şirkətlərinə bir neçə həftə ərzində ikirəqəmli faiz artımına nail olmağa kömək etdi.

Günel Məlikzadə
Fins.az