MARKETİNQ

06 Fevral

McDonald's-ın gəliri artıb - Hesabat

McDonald's 2023-cü ilin dördüncü rübü üçün balans hesabatını açıqladı.

Fins.az xəbər verir ki, şirkətdən verilən açıqlamada McDonald's gəlirinin ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 6,41 milyard dollara çatdığı bildirilib. Şirkət 2022-ci ilin dördüncü rübündə 5,9 milyard dollar gəlir əldə edib.

Sözügedən dövrdəki artıma baxmayaraq, McDonald's gəliri bazarın 6,45 milyard dollarlıq gözləntisinin altında qaldı.

Şirkətin açıqlamasında, Yaxın Şərqdəki satışların bölgədəki müharibədən təsirləndiyi, McDonald's-ın bölgədəki əksər müəssisələrinin yer aldığı "Beynəlxalq İnkişaf Lisenziyalı Bazarlar" seqmentində satışların cəmi 0,7 artdığı ifadə edildi. 

Açıqlamada McDonald's-ın xalis mənfəətinin ötən ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 2,04 milyard dollara çatdığı, şirkətin səhm başına xalis mənfəətinin isə 2,80 dollar olduğu bildirilib. ABŞ restoranlar şəbəkəsinin xalis mənfəəti 2022-ci ilin dördüncü rübündə 1,9 milyard dollar, hər səhmə düşən xalis mənfəəti isə 2,59 dollar olaraq hesablanıb.

McDonald's Baş İcraçı Direktoru (CEO) Chris Kempczinski, keçən ay sosial biznes şəbəkəsi və paylaşma platforması LinkedIn hesabında etdiyi paylaşımda, şirkətin Qəzzadakı müharibə səbəbiylə McDonald's kimi markalara təsir edən "yanlış məlumat" səbəbiylə əhəmiyyətli itkilər keçirdiyini söylədi. Yaxın Şərqdə və onun hüdudlarından kənarda bir çox bazarlarda.Bundan çox təsirləndiyini bildirdi.

Günel Məlikzadə
Fins.az