MARKETİNQ

05 Fevral

Yandex-in Rusiyadakı aktivləri satılıb

Yandex NV-nin verdiyi açıqlamada şirkətin Rusiyadakı aktivlərinin satışı ilə bağlı razılığın əldə edildiyi bildirilib.

Fins.az xəbər verir ki, aktivlərin Rusiya investorlarından ibarət konsorsiuma satılacağı və sövdələşmənin qiymətinin 475 milyard rubl olduğu bildirilib.

Bildirilib ki, Rusiyanın ən böyük özəl neft şirkəti Lukoyl da sözügedən konsorsiuma daxildir və Yandex NV müqaviləyə uyğun olaraq iyulun 31-dək “Yandex” brendindən istifadəni dayandıracaq.

Bəyanatda fikirlərinə yer verilən Yandex NV İdarə Heyətinin sədri Con Boynton, Yandex-in 2022-ci ilin fevral ayından bəri müxtəlif çətinliklərlə üzləşdiyini ifadə edərək, “İnanırıq ki, səhmdarlarımız, komandalarımız və şirkətlərimiz üçün mümkün olan ən yaxşı həlli tapmışıq" dedi.

Avropa İttifaqı (Aİ) tərəfindən sanksiyaya məruz qalan Rusiyanın ən böyük texnologiya şirkətlərindən biri olan “Yandex”in qurucusu Arkadiy Voloj 2022-ci ilin dekabrında şirkətdən ayrılacağını açıqlayıb.

Günel Məlikzadə
Fins.az