MARKETİNQ

02 Fevral

Meta-nın xalis mənfəəti 4,6 milyard dollar olub

Meta-nın oktyabr-dekabr dövrü üçün balans hesabatına görə, şirkətin ötən ilin son rübündə gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 40,1 milyard dollara çatıb. Şirkətin ötən ilin eyni dövründə 32,2 milyard dollar gəliri var idi.

Fins.az xəbər verir ki, şirkətin xalis mənfəəti ötən ilin dördüncü rübündə 201 faiz artaraq 14 milyard dollara çatıb. Şirkət ötən ilin son rübündə 4,6 milyard dollar xalis mənfəət açıqlayıb.

Meta-nın 2023-cü ildəki gəliri illik bazda 16% artımla 134,9 milyard dollar, xalis mənfəəti isə 69% artaraq 39,1 milyard dollar olaraq hesablanıb.

Şirkətin 2022-ci ilin dördüncü rübündə 1,76 dollar olan səhm üzrə mənfəəti ötən ilin eyni dövründə 5,33 dollara çatıb.

Digər tərəfdən, Meta 26 Mart 2024-cü ildə 22 Fevral 2024-cü il tarixindən etibarən rekord sahibi olan səhmdarlara səhm başına 50 sent nağd dividend ödəyəcəyini açıqladı. Şirkət həmçinin bu ilin birinci rübündə 34,5-37 milyard dollar arasında gəlir gözlədiyini açıqlayıb.

Günel Məlikzadə
Fins.az