MARKETİNQ

30 Oktyabr

Bu il Azərbaycanda ən çox bu məhsullar reklam edilib

Bu il açıq məkanda ən çox elektronika məhsulları reklam edilib.

Bu barədə Fins.az Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, açıq məkanda xidmət sahələrinin reklamı sonuncu yerdədir.

2022-ci ilin 9 ayı ərzində ADRA-ya icazə üçün təqdim olunan reklamların iqtisadiyyat sahələrinə uyğun məzmun bölgüsündə 1-ci yerdə elektronika məhsulları, 2-ci yerdə geyim və aksesuarlar, 3-cü yerdə isə gündəlik tələbat mallarının reklamı qərarlaşıb.

Mebel və təhsillə bağlı reklamlar isə son beşlikdədr. Məzmun bölgüsündəki sıralamanı diqqətinizə çatdırırıq.