MARKETİNQ

22 İyul

“Amazon” 3,9 milyard dollara tibbi şirkət alıb

ABŞ-ın onlayn pərakəndə satış şirkəti “Amazon.com Inc.” ilkin tibbi yardım göstərən “One Medical” şirkətinin satın alınması ilə bağlı müqavilə imzalayıb.

Fins.az “İnterfaks”a istinadən xəbər verir ki, “1Life Healthcare Inc.” şirkətinin törəməsi olan “One Medical”ın ABŞ-da 182 tibb ofisi fəaliyyət göstərir.

“Amazon” “One Medical”in hər səhminə 18 dollar ödəyəcək, saziş, borc da daxil olmaqla, 3,9 milyard dollar dəyərində qiymətləndirilir.

Beləliklə, “Amazon” səhiyyə sahəsində genişlənməyə davam edir. Şirkət 2019-cu ildə “PillPack” onlayn aptekini satin alıb, daha sonra isə əməkdaşları üçün ilkin tibbi yardım klinikasını açıb.

Müqavilənin şərtlərinə görə, Amir Den Rubin “One Medical”in baş icraçı direktoru olaraq qalacaq.

“Amazon” səhmləri cümə axşamı ticarət zamanı 0,7 % ucuzlaşıb. “1Life Healthcare Inc.”in qiymətli kağızları isə 67,8 % bahalaşıb.