MARKETİNQ

01 İyul

Trendyoldan yenilik

"Trendyol"da əmlak istifadəsi açılıb: Artıq "Trendyol"da ev axtara bilərsiniz

"Trendyol" xidmətlərinə daha bir yenisini əlavə edib. Bu gündən etibarən "Trendyol Əmlak" istifadəyə verilib. Platforma artıq ev reklamlarını siyahıya almağa başlayacaq.

"Trendyol Əmlak" hazırda evlərini "Trendyol"da reklam etmək istəyən daşınmaz əmlak agentlərinin müraciətlərinə açıqdır. Platformada daşınmaz əmlak xidmətləri göstərmək istəyənlər aşağıdakı addımları izləməklə müraciət səhifəsinə gələ bilərlər. Platformanın ev axtaranlar üçün nə vaxt açılacağı hələ məlum deyil.

"Trendyol Əmlak"a necə müraciət etmək olar?

Addım 1: Bu linki klikləməklə proqram səhifəsinə daxil olun.

Addım2: Ad, soyad, şəxsiyyət vəsiqəsinin nömrəsi və icazə sənədinin nömrəsi kimi məlumatlarınızı daxil edin.

Addım3: Faydalanmaq istədiyiniz paketi seçin və "Davam et" düyməsini basın.

Addım 4: Mobil telefon yoxlamasını həyata keçirin.

Addım 5: Müraciət xülasəsini yoxlayın, əgər edilməsi lazım olan hər hansı dəyişiklik varsa, "Üzvlük Məlumatını Yeniləyin" seçiminə klikləyin.

Addım 6: "Üzvlük Müqaviləsini Yükləyin və Oxuyun" üzərinə klikləyin və müqaviləni oxuduqdan sonra təsdiqləyin.

Addım 7: Müraciəti tamamlayın. "Trendyol" 7 gün ərzində SMS vasitəsilə giriş prosesi ilə bağlı sizə məlumat verəcək.

© Facemark