MARKETİNQ

16 İyun

Türkiyənin məşhur market şirkəti – YEMƏK SATACAQ

Türkiyənin məşhur ticarət şəbəkələrindən olan «Migros» onlayn qida platforması yaradıb. 

 «Migros Ticaret A.Ş,»  qida çatdırılması xidmətləri göstərən onlayn yemək platforması qurduğunu açıqlayıb. 

«Migros Yemek» adlanan platforma hələlik İstanbulda yemək təqdim etməyə başlayıb. Qarşıdakı dövrlərdə Türkiyənin 81 vilayətində xidmət göstərməsi gözlənilir.