MARKETİNQ

09 İyun

“L’Occitane” yeni adla Rusiyaya - QAYIDIB

Fransanın “L’Occitane” şəbəkəsi yeni adla yenidən fəaliyyətə başlayıb.

Fins.az xəbər verir ki, markanın mağazalarının yeni adı ”Л`Окситан”dır.

Çeşid və qiymətlər eyni qalıb. Xatırladaq ki, aprel ayında şirkət Rusiyanın Ukraynada başladığı müharibə fonunda kosmetika mağazalarını bağlayıb. Bir ay sonra məlum olub ki, şirkət adını dəyişərək fəaliyyətini bərpa etməyi planlaşdırır.

Bu, Rusiyada fəaliyyəti bərpa edən tək brend deyil. Eyni zamanda “Reserved”, “House”, “Cropp”, “Mohito” və “Sinsay” mağazaları da Rusiyada  yeni adla fəaliyyəti bərpa edib.

© Banker