MARKETİNQ

09 İyun

“Huawei” Rusiyadakı mağazalarını - BAĞLAYIR

“Huawei” Rusiyada mağazalarını bağlamağa başlayıb.

Fins.az xəbər verir ki, hazırda 19 mağazadan dördü fəaliyyətini dayandırıb.

Əsas səbəblər arasında məhsulların çatışmazlığı və smartfonlara tələbatın az olması göstərilir.

Hələ 2022-ci ilin martında “Financial Times” yazmışdı ki, Çin istehsalçıları olan “Xiaomi”, “Oppo” və “Huawei” Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra ölkəyə tədarükü yarıya qədər azaldıblar. Mənbələr bunu rublun məzənnəsinin qeyri-sabitliyi və Qərbin sanksiyaları ilə əlaqələndirirlər.

© Banker