MARKETİNQ

31 May

"Netflix" Rusiyada xidmətini dayandırdığını təsdiqləyib

"Netflix" video servisi Rusiya ərazisində xidmətini dayandırdığını təsdiq edib.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, servisin işinin dayandırılması "Rusiya bazarını tərk etmə tədbirləri" ilə əlaqədardır.

"Netflix" Rusiyanı martın 6-da tərk etdiyini açıqlasa da, abunəçilərin son ödəniş dövrünün başa çatmasınadək ölkədə yayımı davam etdirib.

Mayın 27-də Rusiyada istifadəçilər "Netflix"in işə düşmədiyini bildiriblər.