MARKETİNQ

24 May

Dünyanın ən nüfuzlu insanları açıqlanıb – Time

“Time” jurnalı dünyanın ən nüfuzlu adamlarının siyahısını dərc edib, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir. Bildirilir ki, “Liderlər” kateqoriyasında Barbadosun Baş naziri Mia Mottli birinci yeri tutub. Ondan sonrakı sıralarda Ukrayna Prezidenti Zelenski və Rusiya Prezidenti Vladimir Putin yeri alıb.

Ümumilikdə, “Time” reytinqində altı kateqoriya var: “Artistlər”, “Yenilikçilər”, “Titanlar”, “Liderlər”, “İkonlar” və “Pionerlər”.

“Artistlər” kateqoriyasında ilk sırada “Şan-Çi və on üzüyün əfsanəsi” filminin aktyoru Çin mənşəli Simu Lu yer alıb.

“Yenilikçilər” kateqoriyasında 25 yaşlı amerikalı aktrisa Zendeya lider olub.

“Titanlar” kateqoriyasına “Apple” şirkətinin baş direktoru Tim Kuk rəhbərlik edib.

Dünyanın ən nüfuzlu liderləri arasında həmçinin ÇXR lideri Si Tsinpin, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, ABŞ Prezidenti Co Bayden və Başqaları yer tutub.

“İkonlar” kateqoriyasında birinciliyi amerikalı müğənni Meri Blayc alıb.

“Pionerlər” kateqoriyasında ilk sırada amerikalı basketbolçu Kendis Parker yer tutub, həmçinin kateqoriyaya “Facebook”un keçmiş əməkdaşı Frensis Haqen daxil olub.